Ana beşəm dünyaya gətirib: Onlardan üçü qız, ikisi oğlandır - FOTOLAR
Özbəkistanın Əndican şəhərində beşəm övlad gözləyən qadın hamiləliyinin 31-ci həftəsində vaxtından əvvəl doğuş edib.
Yüksək riskli hesab olunan doğuş həkimlərin peşəkarlığı sayəsində uğurla başa çatıb.
“Cebheinfo.az” xəbər verir ki, 32 yaşlı ana üçü qız, ikisi oğlan olmaqla tam sağlam beş körpə dünyaya gətirib.
Körpələrin çəkisi 1 kiloqram 200 qramdan 1 kiloqram 605 qrama qədər olub. Müayinələrin nəticələrinə əsasən, onların sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Həkimlər qeyd ediblər ki, həm ana bətnində inkişaf dövründə, həm də doğuş zamanı körpələrdə hər hansı anormallıq aşkarlanmayıb.
Qısa müddətdə Özbəkistanda böyük maraq doğuran beşəmlər hazırda həkim nəzarəti altında saxlanılır.
Əfsanə
“Cebheinfo.az”

