Tramp təyyarədən enən kimi yeni xəbəri verdi
ABŞ-nin İrandakı təxminən 90 hərbi hədəfi vurduğu hava hücumlarından sonra İran hücumlarda 14 nəfərin öldüyünü və 78 nəfərin yaralandığını açıqlayıb.
Gərginliyin artması fonunda İran Küveyt və Bəhreyndəki ABŞ bazalarını hədəf alıb, ABŞ Prezidenti Donald Tramp isə İranın razılaşma istədiyini, lakin buna etibar etmədiyini bildirib.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) çərşənbə günü İranın ticarət gəmilərinə hücum etmək qabiliyyətini azaltmaq üçün İranın sahil xətti boyunca təxminən 90 hərbi hədəfi hədəf alan yeni bir hava əməliyyatının başladığını açıqlayıb.
Bəyanatda hücumların hava hücumundan müdafiə sistemlərini, sahil nəzarət elementlərini, raket və pilotsuz təyyarə anbarlarını, dəniz imkanlarını və hərbi logistika infrastrukturunu hədəf aldığı bildirilir.
CENTCOM əməliyyatın əvvəlki gecə həyata keçirilən hücumların davamı olduğunu və İranın Hörmüz boğazında üç ticarət gəmisinə hücumundan sonra baş verdiyini bildirib. ABŞ-nin son hücumları qlobal miqyasda geniş yayılıb və İranın bəyanatı vəziyyətin ciddiliyini gstərir. İran ABŞ hücumlarında 14 nəfərin öldüyünü və 78 nəfərin yaralandığını açıqlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dəniz və hava qüvvələrinin Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarını raket və dronlarla birgə hədəfə aldığını deyib.
Bəyanata görə, hücumlar Küveytdəki Arifcan və Əli Əs-Salem bazalarını, eləcə də Bəhreyndəki Cuffair və Şeyx İsa bazalarını hədəfə alıb.
İnqilab Keşikçiləri hücumlarda bazalardakı mühüm infrastruktur və obyektlərin vurulduğunu iddia edib: “ABŞ yeni hücumlar həyata keçirərsə, bölgədəki Amerika bazalarına qarşı daha çox qisas tədbirlərinin görüləcək”.
ABŞ prezidenti Donald Tramp İranla gərginliyin artmasından sonra təyyarədə jurnalistlərə açıqlamalar verdi. Hərbi üstünlüyün əldə edildiyini deyən Tramp Tehranın razılaşmaq istədiyini deyib:
"Qazanmağın bir çox yolu var. Amma biz artıq hərbi cəhətdən qalib gəlmişik. Onların çox az şeyi qalıb". Tramp, həmçinin iddia edib ki, Tehran administrasiyasının bu yaxınlarda Vaşinqtonla əlaqə saxladığını deyib:
"İranlılar mənə zəng etdilər, onlar razılaşmaq istəyirlər".
Tramp, həmçinin jurnalistlərin Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarla bağlı suallarını da cavablandırıb. O deyib ki, hücumlar planlaşdırılmış strategiyadan daha çox nəzarətin itirilməsinin əlamətidir:
"Düzünü desəm, onlar sanki dəlidirlər. Bir az nəzarətdən çıxıblar. Amma yenə də çox pis bir şəkildə razılaşmaq istəyirlər".
Tramp açıqlamalarında birbaşa İranın adını çəkməsə də, ticarət gəmilərinə edilən hücumlar vasitəsilə Tehran administrasiyasını nəzərdə tutduğu aydındır.
Xəzər
“Cebheinfo.az”

