Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı - VİDEO

Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı - VİDEO

Bakının Nizami rayonunda yanacaqdoldurma məntəqəsində qəza baş verib.

“Qafqazinfo" xəbər verir ki, hadisə saat 04:00 radələrində Mehdi Abbasov küçəsində qeydə alınıb.

SOCAR-a məxsus yanacaq daşıyan yük avtomobili və “KIA” markalı minik avtomobili idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.

İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"