Balakəndə selin apardığı kişinin meyiti tapıldı
Balakəndə 43 yaşlı kişini sel aparıb.
Modern.az xəbər verir ki, Balakən rayonu Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb.
Onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

