Qalibaf: "Zərbə endirsəniz, zərbə alacaqsınız"
ABŞ hələ də zorakılığın və vədləri pozmağın qarşılıqsız olmadığını öyrənməyib. Açıq şəkildə deyim: zərbə endirsəniz, zərbə alacaqsınız.
"Cebheinfo.az" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.
“Mənasız yerə çırpınmayın, əks halda daha da dərinə batacaqsınız. Hörmüz boğazı yalnız "İran razılaşmaları" ilə açılacaq, Amerika təhdidləri ilə yox”, - o bildirib.
Qeyd edək ki, ABŞ iki gündür ardıcıl İranda hədəflərə zərbələr endirir. Bu gecə 90 hədəf vurulub.
"Cebheinfo.az"

