Tramp “F-35” məsələsində geri addım atdı: “Onlar tezliklə...”
36-cı NATO Zirvə Toplantısı üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Beştəpədə birgə bəyanatda Türkiyə ilə bağlı diqqətəlayiq mesajlar verib.
“Cebheinfo.az” xəbər verir ki, Tramp Türkiyənin Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemini aldıqdan sonra 2017-ci ildə qüvvəyə minən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi) sanksiyalarının ləğv ediləcəyini bildirib.
ABŞ Prezidenti həmçinin çərşənbə axşamı günü Türkiyəyə “F-35” qırıcı təyyarələri verməyi ciddi şəkildə nəzərdən keçirdiklərini deyib.
O, Türkiyə Silahlı Qüvvələrini tərifləyərək bildirib:
"Onlar tezliklə “F-35”-ləri alacaqlar".
Trampın açıqlamaları Türkiyənin illərdir yenidən qoşulmaq istədiyi “F-35” proqramı üçün müsbət bir inkişaf hesab edilib.
Türkiyənin əvvəllər proqram çərçivəsində milyardlarla dollar ödəniş etməsi də yenidən gündəmə gətirilib.
ABŞ Konqresində məhdudlaşdırıcı qaydalara baxmayaraq, Trampın “F-35” tədarükü ilə bağlı addımlar ata biləcəyi gözləntiləri Ankarada nikbin bir atmosfer yaradıb.
Lakin Trampın Türkiyəni tərk etməzdən əvvəl verdiyi son açıqlama bu nikbinliyi kölgədə qoyub.
Beştəpədə son mətbuat konfransında “F-35”-lərlə bağlı suala cavab olaraq Tramp deyib:
"Bunu edib-etməyəcəyimizə hələ tam qərar verməmişəm".
Trampın bu açıqlaması Türkiyənin “F-35” proqramına qayıtması ilə bağlı prosesin hələ dəqiqləşdirilmədiyini ortaya qoyub.
Nigar
“Cebheinfo.az”

