Pezeşkian Paşinyana təşəkkür etdi

Pezeşkian Paşinyana təşəkkür etdi

İran Prezidenti Məsud Pezeşkian ölkənin mərhum ali lideri Əli Xamenei ilə vida mərasimində Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakına görə ona təşəkkür edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Məsud Pezeşkian “X” sosial şəbəkəsində paylaşım edib.

“Biz bu xoşməramlı münasibəti unutmayacağıq. Mehriban qonşuluq və qarşılıqlı hörmət bundan sonra da davam edəcək. Mərhum Əli Xameneyi Ermənistanı “nəcib qonşu” adlandırır və bu ölkə ilə münasibətlərin möhkəmləndirilməsinə xüsusi önəm verirdi”, - Pezeşkian qeyd edib.

“Cebheinfo.az”