Tramp: “İran razılaşma istəyir”
ABŞ Prezidenti Donald Tramp iyulun 8-də İranın mövqelərinə endirilən zərbələrdən sonra rəsmi Tehranın atəşkəs istədiyini bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, NATO-nun Ankarada keçirilən sammitindən qayıdan Donald Tramp bu barədə təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“Bir az əvvəl zəng etdilər. Onlar razılaşmanı çox istəyirlər. Sadəcə, buna dəyərmi, bilmirəm. Bağlanan hər hansı bir razılaşmaya sadiq qalacaqlarına əmin deyiləm. Problem də bundadır”, - deyə Tramp əlavə edib.
“Dedim ki, hər dəfə bizi vurduqda, 20 dəfə daha sərt cavab verəcəyik və dünən gecə belə də etdik”, - ABŞ Prezidenti belə deyib.
Tramp İranın da bəzi addımlar atdığını, lakin bunların ABŞ-nin hücumlarına cavab olduğunu qeyd edib:
“Hərbi cəhətdən biz artıq qalib gəlmişik. Onların çox az gücü qalıb”.
Müşfiq Abdulla
“Cebheinfo.az”

