Ərdoğanın liderlərə hədiyyə etdiyi SİLAH - FOTO

Ərdoğanın liderlərə hədiyyə etdiyi SİLAH - FOTO

Prezident Ərdoğanın Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına adları həkk olunmuş xüsusi hazırlanmış revolverlər və bir qutu sursat hədiyyə etdiyi bildirilir. 

“Cebheinfo.az” xəbər verir ki, Ərdoğan silahların öz ölkələrinə aparılması üçün lazımi ixrac sənədlərini liderlərə təhvil verib. Hədiyyə böyük səs-küyə səbəb olUB, xüsusi hazırlanmış revolverin ilk görüntüsü də ortaya çıxıb. Paylaşılan şəkildə məxmər örtüklü taxta qutunun içərisində parlaq metal gövdəli revolver, sursat və Türkiyə bayrağı daşıyan sənəd göstərilir.

Revolver liderlər üçün xüsusi hazırlanmış hədiyyələrdən biri kimi görünür. Britaniyanın "The Guardian" qəzetinin verdiyi məlumata görə, Britaniya Baş naziri Keir Starmer silah idxalı ilə bağlı Böyük Britaniya qaydalarına görə revolveri ölkəsinə apara bilməyib. Məlumatda iddia olunur ki, silah Ankaradakı Britaniya səfirliyində zərərsizləşdirilmək üçün saxlanılıb. 

Nigar 
“Cebheinfo.az”