Böyük Britaniya səfirliyi azərbaycanlı diplomatları təbrik edib

Böyük Britaniya səfirliyi azərbaycanlı diplomatları  təbrik edib

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ümumi prioritetlərə uyğun olaraq Bakı və London arasında əlaqələrin daha da möhkəmlənməsinə ümid edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Britaniya diplomatik missiyasının Azərbaycanın diplomatik xidmət günü münasibətilə "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Azərbaycanın diplomatik xidmətinin bütün əməkdaşlarını peşə bayramınız münasibətilə ürəkdən təbrik edirik! Biz möhkəm tərəfdaşlığımızı yüksək qiymətləndiririk və ümumi prioritetlərimizə uyğun olaraq Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr daha da möhkəmləndikcə sıx əməkdaşlığımızın gələcək inkişafına ümid edirik", - paylaşımda qeyd olunub.

"Cebheinfo.az"