Vilayət Eyvazov vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib
"Cebheinfo.az" xəbər verir ki, nazir xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi üçün fəaliyyətin effektivliyinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
V.Eyvazov həmçinin vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu vurğulayaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Qeyd edək ki, iyulun 9-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
"Cebheinfo.az"

