F-35 trafiki başlayıb: S-400-lər kimə satılacaq?
Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilən NATO-nun Ankara Zirvə görüşü mühüm hadisələrlə yadda qalıb.
Türkiyə ilə münasibətlərə dair müsbət mesajlar verən və Ərdoğan haqqında tərif dolu fikirlər səsləndirən ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcılarının təhvil verilməsi ilə bağlı qərar qəbul edəcəyini deyib.
O, CAATSA sanksiyalarını ləğv etmək istədiyini açıqlayıb.
“Cebheinfo.az” "haber7.com"-a istinadən xəbər verir ki, Trampın F-35 məsələsində müsbət mövqe nümayiş etdirdiyini bildirən Ərdoğan isə “Türkiyənin F-35 ala bilməsi üçün ABŞ qanunlarına əsasən S-400 sistemlərinə sahib olmaması tələb olunur",- deyib.
O, Türkiyə "S-400-lərlə nə edəcək?” sualına “Bizi izləməyə davam edin” cavabını verib. Ərdoğan, həmçinin “F-35-lər Türkiyəyə təhvil veriləndə bütün dünya ‘ABŞ verdiyi sözü tutdu’ deyəcək” ifadələrini işlədib.
Vaşinqton və Ankara arasında S-400 məsələsi ilə bağlı danışıqlar artıq bir müddətdir davam edir.
“Hürriyet” qəzetinin yazarı Hande Fıratın sözlərinə görə, müzakirə olunan variantlardan biri S-400 sistemlərinin üçüncü ölkəyə satılmasıdır. ABŞ rəsmiləri ən real variant kimi bu sistemlərin Körfəz ölkələrindən birinə satılmasını qiymətləndirirlər.
Hande Fırat bildirib ki, bu formulun həyata keçirilməsi üçün Rusiyanın mövqeyi də mühüm əhəmiyyət daşıyır. Çünki Rusiya ilə imzalanmış son istifadəçi müqaviləsinə əsasən, S-400 sistemlərinin üçüncü ölkəyə verilməsi yalnız Moskvanın razılığı ilə mümkündür.
Buna görə də Ankaranın Moskva ilə də məsləhətləşmələr apardığı, Rusiya tərəfinin isə prinsip etibarilə buna etiraz etmədiyi bildirilir.
Aişə Abdulova
“Cebheinfo.az”

