"Fənərbağça"nın keçmiş hücumçusu "Qalatasaray"la anlaşdı - FOTO
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Con Duran icarə qaydaları çərçivəsində "Qalatasaray"a keçmək üzrədir.
Oxu.Az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Məlumata görə, 22 yaşlı kolumbiyalı futbolçunun İstanbul təmsilçisindəki illik gəliri dörd milyon avro təşkil edəcək, məvacibinin qalan hissəsini isə Səudiyyə Ərəbistanı komandası qarşılayacaq.
"Fanatik" iddia edir ki, gənc forvard hazırda müqavilənin bağlanmasını gözləyir və bütün rəsmi prosedurlar yekunlaşdıqdan sonra İstanbula yollanacaq.
Qeyd edək ki, Duran ötən mövsümü icarə əsasında başqa komandalarda keçirib. O, mövsümün ilk yarısında "Fənərbağça"nın, ikinci yarısında isə Sankt-Peterburqun "Zenit" klubunun heyətində çıxış edib.
"Fənər"in heyətində 10 qarşılaşmada iştirak edən forvard rəqib qapılarından üç top keçirib və iki məhsuldar ötürmə ilə yadda qalıb. "Zenit"də isə onun aktivinə altı oyun və bir qol yazılıb.
Hücumçunun "Ən-Nəsr"lə olan müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
"Cebheinfo.az"

