Azərbaycan-Ukrayna müqaviləsi ratifikasiya edildi

Azərbaycan-Ukrayna müqaviləsi ratifikasiya edildi

Azərbaycanla Ukrayna arasında hüquqi yardımla bağlı imzalanmış müqavilə ratifikasiya edilib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə"nin təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə edilib.

Qeyd edilib ki, müqavilə 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanıb. 

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.

"Cebheinfo.az"