Müctəba Xameneyi bu gün ictimaiyyət qarşısına çıxacaq
İranın Ali Rəhbəri Müctəba Xameneyi bu gün ictimaiyyət qarşısına çıxacaq.
"Yeni Sabah" Təsnim-ə istinadən xəbər verir ki, o, Məğrib və İşa namazlarından sonra mərhum atası Ayətullah Xameneyinin anım mərasiminə rəhbərlik edəcək.
Mərasim Qum şəhərindəki hz. Məsumə ziyarətgahının içərisindəki İmam Xomeyni namaz zalında keçiriləcək.
Xatırladaq ki, İranın keçmiş Ali Rəhbəri Ayətullah Xameneyi fevralın 28-də ABŞ-İsrail hücumu nəticəsində həlak olub.
Martın 8-də İranın Ekspertlər Məclisi Müctəba Xameneyini İslam Respublikasının üçüncü Ali Rəhbəri seçib.
Təhlükəsizlik səbəblərinə görə o, ictimaiyyət qarşısına bircə dəfə də çıxmayıb. İndiyədək yalnız yeni liderin yazılı bəyanatları sələndirilib.
"Cebheinfo.az"

