“Bədbəxtlərə deyirəm...” – ABŞ-də yaşayan Elariz

“Bədbəxtlərə deyirəm...” – ABŞ-də yaşayan Elariz

Elariz Məmmədoğlu son paylaşımında Amerikadakı çıxışlarına maraq göstərən tamaşaçılar barədə iddiaları cavablandırıb.

"Cebheinfo.az" xəbər verir ki, o bu məsələyə sərt mövqe bildirib:

"Bəzən yazırlar ki, Elariz Amerikada onu dinləyən bu qədər adamı haradan tapır? Xoşbəxt adamlarla işim yoxdur. Amma bədbəxtlərə deyirəm ki, mən, Elariz heç vaxt heç kimi axtarmıram, məni axtarıb tapırlar. Azərbaycanda olduğu kimi". 

2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-yə köçən müğənni Nyu-York restoranlarından birində çalışır. O həm də ABŞ-də yaşayan azərbaycanlıların toy məclisini idarə edir.

"Cebheinfo.az"