S-400-ün satıldığı ölkə: Bu ün açıqlanacaq

S-400-ün satıldığı ölkə: Bu ün açıqlanacaq

Türkiyənin Rusiyadan aldığı və illərdir ABŞ ilə böhrana səbəb on S-400 hava hücumundan müdafiə sistemlərinin taleyi ilə bağlı təəccüblü bir iddia ortaya atılıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu iddiaya görə, S-400-lər Körfəz ölkəsinə satılıb və bu tarixi hadisənin bu gün rəsmi olaraq elan edilməsi gözlənilir. Prezident Rəcəb Tayyib Ərdoğanın S-400-lərlə bağlı suala verdiyi son cavabı, yəni "Bizi izləməyə davam edin" sözləri sistemlərin taleyi ilə bağlı fərziyyələri artırdı. 

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı CAATSA sanksiyalarının ləğv ediləcəyi ilə bağlı siqnallarından sonra diqqət S-400 raketlərinə yönəldi."Hürriyet" qəzetinin köşə yazarı Əbdülkadir Selvi öz köşəsində bu məsələyə toxunub:

“Bəlkə də biz “S-400-lərə nə olacaq?” yox, “S-400-lərə nə oldu?” sualını verməliyik. Əldə etdiyim məlumata görə, S-400-lər üçüncü bir ölkəyə satılıb. Satış bu gün elan ediləcək. S-400-lər Körfəzdəki bir ölkəyə gedir. Dünən isə son detallar üzərində iş gedirdi”.

Sistemlərin atılması da ABŞ tərəfindən tətbiq edilən CAATSA sanksiyalarının ləğvi istiqamətində vacib bir addımdır. Jurnalist Yunus Paksoyun verdiyi məlumata görə, sanksiyaların ləğvi üçün ABŞ Prezidenti Trampın Konqresə göndərəcəyi məktubda aşağıdakı 3 əsas şərti təsdiqləməsi lazımdır:

1.S-400-lər işlək olmamalıdır.
2.Türkiyədə artıq S-400-lər olmamalıdır.
3.Rusiya ilə oxşar müdafiə münasibətlərinin inkişaf etdirilməyəcəyinə dair öhdəlik götürülməlidir.

Hürriyet qəzetinin köşə yazarı Əbdülkadir Selvinin sözlərinə görə, S-400-lərin hansı Körfəz ölkəsinə satıldığı hələ təsdiqlənməsə də, iki güclü namizəd var: Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər.

Əvvəllər İsrail hücumlarına məruz qalan və ABŞ istehsalı olan “Patriot” sistemlərinin İsrailin "dost ölkə" kimi kodlaşdırılması səbəbindən aktivləşdirilmədiyini anlayan Qətər alternativ müdafiə sistemləri axtarır.

İranla gərginlikdən və turizmə yönəlmiş iqtisadiyyatına zərbələrdən sonra BƏƏ-nin də hava hücumundan müdafiə şəbəkəsini fərqli sistemlərlə gücləndirmək istədiyi məlumdur.

Selvi vurğulayıb ki, Türkiyə bu addımla yalnız CAATSA sanksiyalarından yayınmayacaq, həm də sistemləri satmaqla iqtisadi gəlir əldə edəcək.

Xəzər
“Cebheinfo.az”