"Bakı İctimai Əməkdaşlıq Mərkəzi" Yeni Suraxanı Bələdiyyəsində tədbir keçirib

"Bakı İctimai Əməkdaşlıq Mərkəzi" Yeni Suraxanı Bələdiyyəsində tədbir keçirib

"Bakı İctimai Əməkdaşlıq Mərkəzi" ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyiilə "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsininin beşinci tədbiri Suraxanı yayonu Yeni Suraxanı Bələdiyyəsinin təşkilati dəstəyilə 9 iyul 2026-cı il tarixində Suraxanı Gənclər Evində həyata keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət Məmmədova tədbiri açaraq qonaqları və iştirakçıları salamlayıb. Ulu öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra M.Həqiqət layihənin əsas məqsədinin dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edərək sözü Rauf Zeyniyə təqdim edib.

Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq bu layihəyə maliyyə dəstəyi ayırdığına görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsinə təşkilati dəstək verdiyinə görə Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət xanım Məmmədovaya minnətdarlığını bildirdi.

Daha sonra Rauf Zeyni slayd təqdimatı iştirakçıların diqqətinə çatdırıb və "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsininin bu gün ictimai əhəmiyyətini və mahiyyətini qeyd edib, slayd təqdimat çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ictimai nəzarətlə bağlı bəzi çıxışlarının videoları təqdim olunub və iştirakçılar təfindən böyük maraqla qarşılanıb.

Suraxanı rayon icra hakimiyyətinin nümayəndəsi Nazim Bayramov rayonda görülən işləri iştirakçıların diqqətinə çatdırıb.

"Gənclərin Töhvəsi" İB-nin nümayəndəsi Xaqan Qədimov müzakirə olunan məsələlər haqqında dəyərli fikirlərini bildirib. Rauf Zeyni bir daha belə tədbirlərin vacib və əhəmiyyətli olduğunu vurğulayaraq, xüsusilə bələdiyyələrlə birgə tədbirlərin il ərzində keçirilməsini dəstəklədiklərini qeyd edərək, şəffaflığın və ictimai nəzarətin artırılmasının, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin, məmur özbaşınalığı, vətəndaş məmnunluğu, islahatların effektivliyinin artırılması, narkomaniyaya qarşı mübarizə, ictimai iştirakçılığın və ictimai müzakirənin əhəmiyyətindən danışaraq öz dəyərli fikir və təkliflərini bildirib.

Sonda Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşəkkürnamə plaketi Rauf Zeyni tərəfindən xanım Həqiqət Məmmədovaya təqdim edilib. "Bakı İctimai Əməkdaşlıq Mərkəzi"nin layihə çərçivəsində daha rayonun bələdiyyəsilə müvafiq tədbirləri iyul ayının birinci yarısında həyata keçiriləcək.

"Cebheinfo.az"