Karapetyan etiraf etdi: “Hamısı mənim gizli planım idi”
“Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyan partiyanın seçki siyahısındakı bir çox namizədin mandatlarından imtinasının səbəblərini açıqlamaqdan imtina etdi.
“Cebheinfo.az” xəbər verir ki, jurnalistlərlə söhbətində o, bunun partiya tərəfindən hazırlanmış planın bir hissəsi olduğunu bildirib. Karapetyan əlavə detalları hələlik açıqlaya bilməyəcəyini əlavə edib."Bu da bizim gizli planımızın bir hissəsidir", - Karapetyan deyib.
Onun sözlərinə görə, mandatlarından imtina edən bütün namizədlər onun siyasi komandasının üzvləri olaraq qalır:
“Onların etibarlılığı ilə bağlı heç bir sual yoxdur”.
Parlamentin sədr müavini vəzifəsinə namizədin irəli sürülməsi ehtimalına münasibət bildirən partiya lideri qeyd edib ki, bu məsələ hələ müzakirə olunmayıb. Bununla belə, o, yaxın gələcəkdə müvafiq müzakirələrin aparılacağını əlavə edib.
Xəzər
“Cebheinfo.az”

