Mitinqçiləri gülləbaran etdirdi: Özünə haqq qazandırdı

Mitinqçiləri gülləbaran etdirdi: Özünə haqq qazandırdı

2008-ci il martın 1-də dinc mitinqin iştirakçılarını gülləbaran etdirdiyinə görə məhkəmə qarşısına çıxarılan Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan özünün cinayət əməlinə bəraət qazandırmağa çalışıb.   

1 mart hadisələri ilə bağlı keçirilən məhkəmə iclasında Robert Köçəryan 2008-ci ilin mart ayında verdiyi qərarların qanuni olduğunu iddia edib:

“Əgər 1 martda fövqəladə vəziyyət elan etməsəydim, bu gün hərəkətsizliyimə görə mühakimə olunardım”. O, məhkəmə prosesini “absurd teatrı” adlandıraraq, bütün addımlarının o dövrdə qüvvədə olan Konstitusiyaya tam uyğun olduğunu, yalnız dövlətçiliyin qorunmasına və xaosun qarşısının alınmasına yönəldiyini deyib.

“İndiyə qədər nə istintaq orqanı, nə də prokurorluq mənim səlahiyyətlərimi necə aşdığımı dəqiq şəkildə ifadə edə bilməyib”

Köçəryan 1 mart axşamı fövqəladə vəziyyət elan edilməsi qərarının verildiyi məqama xüsusi diqqət çəkib.

Onun sözlərinə görə, həmin vaxt vəziyyət artıq tamamilə nəzarətdən çıxmışdı.

“Mən fərmanı imzaladığım zaman qırxa yaxın maşın artıq yanırdı, onlarla əsgər qəlpə yarası almışdı və bir kapitanın vəziyyəti ağır idi.

15 il sonra, müstəntiq iddia edir ki, bu, guya kifayət deyildi. O qeyd edib ki, o dövrdə polis qoşunlarında gənc uşaqlar - 18-19 yaşlı çağırışçılar xidmət edirdi. 

“Bu gün, illər sonra, bunun zəruri olub-olmadığı və düzgün iş görüb-görmədiyim barədə istədiyin qədər mübahisə etmək olar. Amma o vaxt bu, mənim Konstitusiya hüququm və birbaşa məsuliyyətim idi. Bir daha təkrar edirəm, əgər o vaxt bu qərarı verməsəydim, bu gün cinayətkar hərəkətsizliyimə görə mühakimə olunardım”.

Qeyd edək ki, 2008-ci ildə prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən dinc aksiya iştirakçıları Robert Köçəryanın əmri ilə atəşə tutulub. 

Seçkilərdə sabiq prezident, Ümummilli Erməni Hərəkatının rəhbəri Levon Ter-Petrosyan qalib gəlsə də, nəticələr Robert Köçəryanın göstərişi ilə keçmiş baş nazir Serj Sarkisyanın xeyrinə yazılıb.

Beləliklə, hakimiyyətin “Qarabağ klanı”nın əlində qalması təmin edilib. Buna qarşı çıxan oturaq mitinq dağıdılıb, iştirakçılara atəş açılıb.Baş vermiş cinayət hadisəsi zamanı 10 nəfər aksiya iştirakçısı ölüb, 180 nəfər güllə yarası alıb. 

Sonradan aparılan istintaq araşdırmaları zamanı prezident Köçəryan tərəfindən imzalanmış 008 saylı məxfi qrifli əmrə əsasən orduya atəş əmrinin verildiyi məlum olub. 

Dinc insanların güllələnməsində o vaxt Qarabağdan gətirilmiş və əvvəlcədən dövlət binalarında yerləşdirilmiş terrorçu dəstələrdən də istifadə edilib. Polis qoşununun bu prosesdə iştirakı barədə Köçəryanın iddiaları isə yalandır. 

Ermənistan Daxili Qoşunlarının o dövrdə komandanı olmuş Qriqor Qriqoryanın istintaqa verdiyi ifadələr mitinq iştirakçılarına qarşı atəşin polis tərəfindən açılmadığını təsdiq edib.

Əhalinin gülləbaran edilməsində əsasən, Ermənistan Müdafiə Nazirliyinin İrəvan qarnizonundan və Qarabağdan gətiri
lmiş terrorçulardan istifadə olunduğu sübut olunub.

Həmin vaxt İrəvan qarnizonunun komandanı olmuş, general-mayor Yuri Xaçaturov sonradan bu əməlinə görə həbs edilib. 

Müşfiq Abdulla  
“Cebheinfo.az”