HƏMAS komandiri öldürüldü

HƏMAS komandiri öldürüldü

Qəzza zolağında HƏMAS-ın hərbi qanadı olan “Nuhba” xüsusi təyinatlı dəstəsinin komandiri Yəhya Həmdan öldürülüb. 

“Cebheinfo.az” xəbər verir ki,  bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Departamenti məlumat yayıb.

İMQ bildirib ki, öldürülən komandir əvvəllər 7 oktyabr 2023-cü ildə Reym hərbi bazasına edilən hücumda iştirak etmiş və son aylarda İsrail qüvvələrinə qarşı hücumları koordinasiya edib.
 
Müşfiq Abdulla
“Cebheinfo.az”