Xanımıma 50 min dollara qızıl almaq mənim üçün asandır
Xalq artisti Emin Ağalarov şəxsi maliyyə seçimləri və həyat fəlsəfəsi ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
"Cebheinfo.az" Milli.az-a istinadla xəbər verir ki, sənətçi bahalı brend saatlara böyük məbləğlər xərcləməyi doğru hesab etmədiyini bildirib.
Onun sözlərinə görə, 50 min dollar dəyərində saata pul verməz, lakin eyni məbləğə həyat yoldaşı üçün zinət əşyası almaqdan çəkinməz.
Emin Ağalarov avtomobillərə böyük vəsait yatırmağın da düzgün seçim olmadığını deyib. O vurğulayıb ki, avtomobillər qısa müddətdə dəyər itirdiyi üçün belə xərclər sərfəli deyil.
Xalq artisti əlavə edib ki, alış-verişə pul xərcləməkdənsə, səyahətə üstünlük verir. Onun fikrincə, insan üçün ən qiymətli olan maddi əşyalar deyil, yaşadığı hisslər və topladığı xatirələrdir:
"Bahalı brendə məxsus saata heç vaxt 50 min dollar vermərəm. Amma həyat yoldaşıma 50 min dollara zinət əşyası almaq mənim üçün asandır. Maşınlara pul yatırmaq uğursuzluqdur. Onlar dəyərini çox tez itirirlər. Pulu alış-verişə xərcləməkdənsə, səyahətə xərcləmək daha yaxşıdır. Çünki əsas olan yaşanan hisslərdir".
Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə ailəlidir. Cütlüyün bu nikahdan Afina adlı bir qız övladı var.
"Cebheinfo.az"

