88 yaşlı Entoni Hopkins uşaqlıq arzusunu gerçəkləşdirdi - FOTO

88 yaşlı Entoni Hopkins uşaqlıq arzusunu gerçəkləşdirdi - FOTO

"Oskar" mükafatçısı 88 yaşlı məşhur aktyor Entoni Hopkins kino karyerasından daha qədimə söykənən musiqi sevgisini ilk albomu ilə "taclandırıb". 

“Cebheinfo.az” xəbər verir ki, Hollivud ulduzu nüfuzlu “Decca Classics” səsyazma şirkəti ilə müqavilə imzalayaraq 60 ildən artıq müddətdə gizli şəkildə üzərində çalışdığı bəstələrini "Life Is a Dream" ("Həyat bir yuxudur") adlı debüt albomunda bir araya gətirib.

Gələn ay dinləyicilərə təqdim olunacaq albomun ilk sinqlı "Bracken Road" artıq rəqəmsal musiqi platformalarında yayımlanıb.

Uelsin Port Talbot şəhərində anadan olan və cəmi dörd yaşında fortepiano ilə tanış olan Entoni Hopkins musiqinin onun üçün kinodan xeyli əvvəl başlayan böyük bir ehtiras olduğunu bildirib.

Albomun ilk təqdim olunan bəstəsi olan "Bracken Road" aktyorun 1963-cü ildə Liverpulda gənc teatr aktyoru kimi fəaliyyət göstərdiyi dövrdə yazdığı əsərdir. Bəstə Hopkinsin 1940-cı illərdə Cənubi Uelsdə keçən uşaqlıq illərindən ilhamlanaraq hazırlanıb.

"Qremmi" mükafatlı dirijor Qustavo Dudamelin rəhbərlik etdiyi “Philharmonia Orchestra” tərəfindən ifa olunan albomda violonçel ifaçısı Qreqorio Nieto və pianoçu Serxio Tiempo kimi tanınmış musiqiçilər də iştirak edirlər.

Əfsanə 
“Cebheinfo.az”