Tufan Erhürmanın halı tədbirdə pisləşdi - Təcili xəstəxanaya çatdırıldı

Tufan Erhürmanın halı tədbirdə pisləşdi - Təcili xəstəxanaya çatdırıldı

Şimali Kiprin Prezidenti Tufan Erhürman xəstəxanaya yerləşdirilib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Lefkoşadakı keçmiş prezidentlik binasında keçirilən tədbirdə halı pisləşən Erhürman təcili tibbi yardım maşını ilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya Şöbəsinə hospitalizasiya edilib.

Qeyd olunub ki, Prezident Tufan Erhürmanın qan təzyiqinin düşməsi ilə əlaqədar halı pisləşib.

"Cebheinfo.az"