45 yaşlı kişi kollektorda boğuldu
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
"Cebheinfo.az"ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Telman Adıgözəl oğlu ehtiyatsızlıqdan şor kollektoruna düşərək boğulub.
Onun sudurqadan əziyyət çəkdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

