Kabardin-Balkarda iki alpinist dağa qalxarkən yıxılıb
Kabardin-Balkarda iki alpinist dağa qalxarkən yıxılıb.
Bu barədə REN TV mənbəyə istinadən məlumat yayıb.
"Hadisə Elbrus rayonunda baş verib. Onlar 3 700 metr hündürlüyü olan MNR dağına qalxırdılar", - məlumatda bildirilib.
Xilasedicilər alpinistlərin axtarışlarına başlayıblar.
"Cebheinfo.az"

