Zelenski: Birləşmiş Çevik Reaksiya Qüvvələri yaradılacaq

Zelenski: Birləşmiş Çevik Reaksiya Qüvvələri yaradılacaq

Ukraynada hücum bölmələri, artilleriya və pilotsuz uçuş aparatlarını birləşdirəcək Ukrayna Silahlı Qüvvələrinin (USQ) yeni tərkib hissəsi kimi Birləşmiş Çevik Reaksiya Qüvvələri yaradılacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.

Dövlət başçısının müvafiq fərmanına əsasən, yeni struktur cəbhədə maksimum operativ reaksiya üçün ordunun müasir və texnoloji hücum komponentinə çevrilməlidir.

Paralel olaraq, Ukraynada hücum qoşunlarının transformasiyasının həyata keçirilməsi planlaşdırılır. Prezidentin sözlərinə görə, bu sahədə həlli vacib olan çoxlu suallar və problemlər toplanıb.

"İlk növbədə, insanlarla bağlı. Hüquq-mühafizə orqanları prosessual addımlar atır. Həmçinin hücum qoşunlarının idarə olunması səviyyəsində dəyişikliklər olacaq", - Zelenski vurğulayıb.

"Cebheinfo.az"