Saatlıda yol qəzasında motosiklet sürücüsü ölüb

Saatlıda yol qəzasında motosiklet sürücüsü ölüb

Saatlıda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Minbaşılı kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Rəşmin Əhədovun idarə etdiyi motosiklet "VAZ 2106" markalı avtomobillə toquşub. Xəsarət alan motosiklet sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"