IDF: İsrail İrana qarşı ən dərin hava zərbəsini endirib

İsrail İrana qarşı ən dərin hava zərbəsini endirib.
APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında bildirilib.
Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri İranda genişmiqyaslı əməliyyat keçirib.
Əməliyyat çərçivəsində bir neçə hücum dalğası həyata keçirilib, 150-dən çox hədəf və 400-dən artıq komponent vurulub. Gecə saatlarında Tehran səmasında 70-dən çox döyüş təyyarəsi, o cümlədən raketlərdən istifadə edilərək, 50-dən artıq hədəfə zərbə endirilib.
"İsrail pilotları Tehran üzərində 2,5 saat sərbəst uçuş həyata keçirib və şəhər ətrafında genişmiqyaslı əməliyyatlar aparıblar. Müdafiə Qüvvələrinin məlumatına görə, bu, İsrailin İrana indiyədək endirdiyi ən dərin zərbədir. Əldə olunan hava üstünlüyü gələcək təhlükələrin qarşısını almaq məqsədini daşıyır", - məlumatda bildirilib.
"Cebheinfo.az"