Ərdoğanın İsrailin İrana hücumu ilə bağlı müzakirə aparıb

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hökumət üzvlərinin iclası keçirilib.
“Report” “A Haber”ə istinadən xəbər verir ki, toplantıda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, milli kəşfiyyat idarəsinin rəisi İbrahim Kalın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik iştirak ediblər.
Toplantıda İsrailin İrana hücumu müzakirə olunub.
İclasda bu gərginliklə bağlı ortaya qoyulan diplomatik səylər, Türkiyənin hücumların regional və qlobal təsirləri və mümkün ssenarilərlə bağlı atacağı addımlar barədə fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"