İsrailin İrana hücumu nəticəsində ölən nüvə alimləri – ADLAR

İsrailin İrana hücumu nəticəsində ölən nüvə alimləri – ADLAR

İsrail Müdafiə Qüvvələri iyunun 13-də İranın nüvə proqramına qarşı əməliyyatda həyata keçirilən ilk zərbələr nəticəsində 9 nəfər nüvə alimin öldürüldüyünü bildirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. 

İsrail tərəfi məhv edilmiş iranlı alimlərin adlarını açıqlayıb.  İsrail ordusu bu alimlərin İranın nüvə silahı yaratmaq səylərinə töhfə verdiyini təsdiqləyib. 

Onlar Feredun Abbasi (nüvə mühəndisliyi üzrə ekspert), Məhəmməd Mehdi Tehrançi (fizika üzrə ekspert), Əkbər Motalebi Zadeh (kimya mühəndisliyi üzrə ekspert), Səid Barci (material elmləri üzrə ekspert), Əmir Həsən Fəhahi (fizika eksperti), Abd əl-Həmid Minuşer (reaktor fizikası üzrə ekspert), Mənsur Əsgəri Əhmədnuri (fizika üzrə ekspert), Mənsur Əsgəri Əhmədnuri (Rəbbizi),  mühəndislik mütəxəssisi) və Əli Bəhvayi Katiridir (mexanika üzrə mütəxəssis). 

İsrail Müdafiə Qüvvələrinin bəyanatında qeyd edilir ki, “B” qrupundan olan alim və ekspertlər İranın nüvə proqramı ilə bağlı mühüm bilik mənbələri olub və nüvə silahının yaradılmasında uzun illər təcrübəyə malik olublar.

Bildirilir ki, onların bir çoxu 2020-ci ildə İsrail qüvvələri tərəfindən öldürülən “İranın nüvə proqramının atası” Möhsün Fəxrizadənin ardıcıllarıdır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”