Əraqçi və Mirzoyan telefon danışığı aparıb

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ilə İranın Xarici İşlər naziri Seyyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
APA xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan “X” sosial şəbəkəsində məlumat verib.
Telefon söhbəti zamanı tərəflər regiondakı son inkişafları müzakirə edib və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Mirzoyan ölkəsinin mövqeyini bildirərək, Cənubi Qafqazda gərginliyin artmasının qarşısını almağın və risklərin effektiv idarə olunmasının vacibliyini vurğulayıb.
Nazir Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə bağlı məsələlər də daxil olmaqla, müxtəlif mövzularda iranlı həmkarı ilə sıx təmasda qalmağa davam etdiklərini bildirib.
"Cebheinfo.az"