Bu sosial şəbəkəyə 13 milyon CƏRİMƏ

Rusiyada "Twitch" ölkədə istifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün 13 milyon rubl (təxminən 145 min dollar) cərimələnib.
"Cebheinfo.az" xəbər verir ki, "Twitch"-ə qarşı açılan işə paytaxt Moskvada baxılıb.
"Twitch"-in Rusiyadakı tətbiqdə istifadəçilərin məlumatlarını lokallaşdırmadığı səbəbi ilə qanuna əməl etmədiyi qənaətinə gələn məhkəmə, şirkəti 13 milyon rubl cərimə ödəməyə məcbur ediB.
Ölkədə "Twitch"-dən başqa, "WhatsApp", "Spotify" və "LinkedIn" kimi müxtəlif xarici platformalar da istifadəçi məlumatlarını lokallaşdırmadıqları üçün cərimələnib.
Nigar Hacılı
"Cebheinfo.az"