Futbolçular Le Penə etiraz etdi

Fransa milli komandasının bəzi üzvləri ultrasağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Penin ölkə futbolçu ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.
Klyan Mbabbe, Culyes Kunde və Markus Turam kimi məşhur futbolçular futbolun siyasətə qarışdırılmamasını tələb ediblər.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, Fransanın sosial, siyasi və mədəni azadlıqlar ölkəsi olduğunu bildirən oyunçular Le Penin milli komanda və klublarla bağlı fikirlərini “irqçi” adlandırıb.
Marin Le Pen ötən həftə verdiyi müsahibədə qaradərili futbolçuların Fransa milli komandasında çıxış etməsini çinlilərin “Apple” şirkətində işləməsi kimi dəyərləndirib.
O qeyd edib ki, qeyri-fransız futbolçularda milli ruh yoxdur və seçmə komanda onların vecinə deyil.
"Cebheinfo.az"