Güney Azərbaycanda İsrail-İran müharibəsi GEDİR

İsrail dronlardan istifadə etməklə Təbriz neft emalı zavoduna hücum edib.
"Cebheinfo.az"-ın məlumatına görə, müəssisənin ərazisində partlayışlar müşahidə olunub.
Bu gün səhər saatlarında İran ordusunun Zəngan şəhərində yerləşən zirehli tank briqadasına İsrail güclü hava zərbələri endirib.
Bundan başqa, İsrail qırıcıları Həmədandakı hərbi hava bazasının radar sistemini sıradan çıxarıb.
Müşfiq Abdulla
"Cebheinfo.az"