Hindistanda təyyarə qəzasında ölənlərin sayı artdı

Hindistanda “Boeing 787” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 270 nəfərə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Haber Global” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilir ki, bu rəqəm yalnız hadisə yerində meyitləri tapılaraq Əhmədabad şəhərinin xəstəxana morquna gətirilmiş insanlara aiddir.
Həlak olanlar arasında yalnız təyyarənin sərnişinləri deyil, həm də yerə düşdüyü ərazidə olan insanlar da var.
Xatırladaq ki, qəza iyunun 12-də Hindistanın Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığındakı Mehaninagar bölgəsində baş verib. Ümumilikdə təyyarədə 242 nəfər olub, yalnız biri sağ qalıb.
"Cebheinfo.az"