İsrailin müdafiə naziri Xameneiyə xəbərdarlıq edib: “Tehran yanacaq”

İsrailin müdafiə naziri Xameneiyə xəbərdarlıq edib: “Tehran yanacaq”

İsrailin müdafiə naziri İsrail Katz İran Ali Rəhbəri Əli Xameneiyə xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, bunu Katz IDF Baş Qərargah rəisi general-leytenant Eyal Zamir, MOSSAD direktoru David Barnea və digər yüksək səviyyəli hərbi rəsmilərlə görüşdə deyib.

“İran diktatoru İran vətəndaşlarını girova çevirir və iranlıları, xüsusilə də Tehran sakinlərini İsrail vətəndaşlarına qarşı cinayət törətdikləri üçün yüksək qiymət ödəyəcəkləri bir ssenari həyata keçirir. Xameneyi İsrail ərazilərinə raket atmağa davam edərsə, Tehran yanacaq”, - deyə Katz bildirib”.

Müşfiq Abdulla
“Cebheinfo.az”