Meşə yanğınları: 1 ölü, 14 yaralı

Serbiyada baş verən meşə yanğınlarında 1 nəfərin həyatını itirdiyi, 14 nəfərin isə yaralandığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, yerli KİV-in xəbərinə görə, Kragujevac, Prokuplje, Gornji Milanovac, Kursumlija, Valjevo, Knic, Veliko Gradiste və Bujanovak şəhərlərindəki meşə yanğınlarına müdaxilə olunub.
Serbiya Daxili İşlər Nazirliyinin tələbi ilə Serb ordusu da yanğın bölgələrindəki yanğınsöndürən qruplara helikopter və su tankeriylə dəstək verib.
Rəsmilər bildiriblər ki, bir çox bölgədə nəzarət altına alınan yanğınlar nəticəsində 1 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb.
Eyni zamanda, Kragujevak və Niş şəhərlərinin ətrafındakı enerji xətləri yanğınlar səbəbilə təhlükəsizlik məqsədiylə bağlanıb. Digər tərəfdən, Novi Sad şəhərində də güclü fırtına təsirli olub. Güclü külək və fırtına səbəbilə şəhərdə ağaclar aşaraq ziyana yol açıb.
Fırtına zamanı aşan ağacın altında qalan ana və qızı xəsarət alıb. Xəstəxanaya aparılan yaralıların vəziyyətlərinin yaxşı olduğu bildirilib. Rəsmilər fırtına səbəbilə ağacların aşması, damların uçması kimi hallara qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq ediblər.
Nigar Hacılı
"Cebheinfo.az"