Pakistandan İrana dəstək - RƏSMİ AÇIQLAMA

Pakistandan İrana dəstək - RƏSMİ AÇIQLAMA

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, ölkəsi İranla hər cür şəkildə həmrəy olduğunu bəyan edir.

"Cebheinfo.az" xəbər verir ki, o, bu fikirləri Milli Assambleyanın iclasında çıxışı zamanı səsləndirib.

Nazir çıxışı zamanı İsrailin ötən gecə İrana hücum etdiyini, hərbi obyektləri hədəfə aldığını və İranın hərbi rəhbərliyindən bir neçə şəxsin şəhid olduğunu bildirib.

“Bu prosesdə İsrail təkbaşına hərəkət etmir”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, İran Pakistanın qonşusu olmaqla yanaşı, iki ölkə arasında yüzilliklərə dayanan münasibətlər mövcuddur:

“Bu çətin dövrdə İranın yanındayıq. İranın maraqlarını müdafiə edəcəyik. İranlılar bizim qardaşlarımızdır. Onların ağrısı bizim ağrımızdır”.

O, İsrailin təkcə İrana deyil, eyni zamanda Yəmən və Fələstinə də hücum etdiyini xatırladaraq müsəlman dünyasında birliyin zəruri olduğunu bildirib:

“Əgər bu gün susar və parçalanmış halda qalarsaq, sabah hamımız hədəfə çevriləcəyik”, - deyə xəbərdarlıq edib.

Xavaca Məhəmməd Asif İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili toplantısının çağırılmasını və bütün müsəlman ölkələrinin İsrailə qarşı birləşməsini təklif edib:

“Hazırda Qərbdə hətta qeyri-müsəlman xalqlar belə İsrailə qarşı etiraz edir. Onların vicdanı oyandı, amma müsəlman dünyası hələ də səssizdir”.

O vurğulayıb ki, Pakistan öz mövqeyində dəyişməz qalıb, İsraili tanımayıb və onunla münasibət qurmayıb:

“Müsəlman ölkələri İsraillə münasibətləri dərhal kəsməlidir. İsrailin əlləri müsəlman qanına bulaşıb. Belə əllər sıxılmamalıdır”.

Səbinə Uğur 
"Cebheinfo.az"