Rusiya vətəndaşları quru yolu ilə İrandan Azərbaycana keçə bilər - Rusiya XİN

Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi vasitəsilə quru yolu ilə İrandan Azərbaycana keçə bilərlər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə quru yolu ilə keçə bilər. İsraildən isə qonşu Misirə və ya İordaniyaya gedə bilərlər”, - məlumatda deyilir.
Rusiya diplomatik missiyası həmçinin İsrail və İrandakı ruslara hərbi və digər dövlət obyektlərinə yaxınlaşmamağı tövsiyə edir.
"Cebheinfo.az"