Sabiq baş nazir ev dustaqlığına BURAXILDI

Məhkəmə Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın həbsi ilə bağlı vəsatəti təmin etməkdən imtina edib.
Bunun əvəzinə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Abramyanın vəkili Yerem Sarkisyan açıqlama verib.
Onun sözlərinə görə, Abramyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət mənşəli olduğu iddia edilən əmlakın, xüsusilə də torpaq sahələrinin leqallaşdırılması maddələri ilə cinayət işi başlanıb. İstintaq sabiq baş nazirin həbs olunmasını istəyib.
“Yeddi saata yaxın davam edən iclasda ittihamların əsassızlığı və sübutların olmaması ilə bağlı ətraflı arqumentlər təqdim etdik. Biz onu da qeyd etdik ki, Abramyan əvvəllər də eyni maddələrlə ittiham olunub və 7 il müddətində mühacirətə getməmək şərti ilə o, vicdanlı davranış nümayiş etdirib və buna görə də istintaqın gedişi əsasında, hətta istintaqın aparılmasına mane olmayıb”, - deyə Sarkisyan qeyd edib.
İclasın sonunda məhkəmə Ovik Abramyan haqqında həbs qətimkan tədbiri çıxarmaqdan imtina edib.
Hakim bu cəzanın ev dustaqlığı ilə əvəz olunması barədə hökm çıxarıb.
Müşfiq Abdulla
"Cebheinfo.az"