Trampa növbəti zərbə: Bu dəfə...

Trampa növbəti zərbə: Bu dəfə...

Birləşmiş Ştatların federal hakimi Bryayan Merfi Tramp administrasiyasının yüzlərlə miqrantı tez bir şəkildə üçüncü ölkələrə deportasiya etməsinə qadağa qoyub. 

"Cebheinfo.az" xəbər verir ki, bu qərar, həmin şəxslərə təhlükə ilə üzləşə biləcəklərini izah etməyə vaxt verilmədən ölkədən çıxarılmalarının qarşısını almaq məqsədi daşıyır.

Bryayan Merfi tərəfindən verilən bu qərar, miqrasiya siyasətindəki sərt tədbirlərə qarşı atılmış növbəti addımdır.

O bildirib ki, bu deportasiyaların bir çoxu qanunsuz şəkildə həyata keçirilib və insanlar özlərini müdafiə etmək fürsəti belə tapa bilməyiblər.

Məhkəmə qərarı ilə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi, insanlara deportasiyadan əvvəl sığınacaq və ya qorunma istəmək üçün real imkan yaratmalıdır. Çünki həmin insanlar geri göndəriləcəkləri ölkələrdə təqib, işgəncə və ya ölüm riski ilə üzləşə bilərlər.

Hüquq müdafiəçisi Anven Hüys deyib ki, üçüncü ölkələrə göndərilən bu insanlar çox zaman öz vətənlərində təhlükə altında olan şəxslərdir.

“Məhkəmənin bu qərarı onların yenidən təhlükə ilə üz-üzə qalmasının qarşısını alır”, - deyə o bildirib.

Səbinə Uğur
"Cebheinfo.az"