Trampın xüssusi elçisi Zelenski ilə görüşəcək

Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq müharibəyə son qoymaq səyləri çərçivəsində yanvarın əvvəlində Kiyevə və bir sıra digər Avropa paytaxtlarına səfər edəcək.
Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə 2 mənbəyə istinadən xəbər verir.
Onların sözlərinə görə, 80 yaşlı istefada olan general-leytenant Moskvaya səfər etməyi planlaşdırmır.
Onun Kiyevdə Ukrayna rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir. Kelloq və komandası hazırda Roma və Parisdə digər Avropa liderləri ilə görüşlər təşkil etmək üzərində işləyir.
"Cebheinfo.az"