Zoopark pulsuz oldu

Rusiyadan olan bütün çoxuşaqlı ailələr Leninqrad Zooparkını puluz ziyarət edə biləcəklər.
“Cebhe.info” xəbər verir ki, zooparkın mətbuat xidmətindən verilən məlumata görə, bu hüquq onlara təkcə bazar ertəsi deyil, həftənin istənilən günü verilir. Təkcə Sankt-Peterburqdan deyil, istənilən regiondan çoxuşaqlı ailələr zooparka pulsuz gedə biləcəklər.
Rusiyalılara xəbərdarlıq edilib ki, zooparka pulsuz daxil olmaq üçün onların bu hüququnu təsdiq edən bütün sənədlərin əslini təqdim etmək lazımdır. Söhbət çoxuşaqlı ailənin şəhadətnaməsindən, böyüklərin pasportlarından və uşaqların doğum haqqında şəhadətnamələrindən gedir.
Qeyd olunur ki, pulsuz biletlər zoopark kassasında sadalanan sənədlər təqdim edildikdən sonra verilir. Bundan sonra həm biletlər, həm də sənədlər girişdə müfəttişlər tərəfindən yoxlanılacaq.
Xəzər
“Cebhe.info”