Azərbaycanlı arvadına siçan dərmanı verib işə getdi, ölmədiyini görüb... - Dəhşətli qətlin TƏFƏRRÜATI 

Azərbaycanlı arvadına siçan dərmanı verib işə getdi, ölmədiyini görüb... - Dəhşətli qətlin TƏFƏRRÜATI 

Türkiyənin Dənizli şəhərində dəhşətli qətl baş verib.

Cebhe.info xəbər verir ki, hadisəni törədən adı açıqlanmayan kişi arvadının əl- qolunu bağlayaraq ona siçan dərmanı verib. Sonra işə gedib. Uşaq üstündə arvadına qəzəblənən kişi işdən gələndən sonra onun ölmədiyini görüb. Bu zaman arvadını boğaraq öldürüb.

Ölən arvadının cansız bədənini örtüyə büküb yol kənarındakı boş sahəyə atan ər axtarış - əməliyyat tədbirləri nəticəsində qısa zamanda yaxalanıb. Araşdırmalardan sonra şəxsiyyəti məlum olmayan meyitin 1 uşaq anası, Azərbaycan əsilli 30 yaşlı Nadia Noriyə məxsus olduğu müəyyən edilib.

Aylin
Cebhe.info