Cəlilabadda yeniyetməni it dişlədi

Cəlilabad sakinini it dişləyib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 16 yaşlı İ. Nəsirovu qıç nahiyəsindən it dişləyib.
O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya xəstəxanada lazımi tibbi yardım göstərilib.
"Cebheinfo.az"