Qurban Qurbanov: “Bəzi problemlərimiz var”

Qurban Qurbanov: “Bəzi problemlərimiz var”

“İlin ilk Avropa Liqası oyunudur. Bu matça tam hazır olmalıyıq. Amma demək olar ki, hazırlaşmamışıq. Bəzi problemlərimiz var”.

"Cebheinfo.az"  xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda sabah Rumıniyanın “FCSB” klubuna qarşı keçirəcəkləri oyundan danışıb: 

“Rumıniya futbolu həmişə sərtliyi ilə seçilib. Bizi çətin oyun gözləyir. Qələbə qazanmağa çalışacağıq”.

"Cebheinfo.az"