Aslıhan Güner filmə çəkiləcək

Aslıhan Güner filmə çəkiləcək

Türkiyəli məşhur aktrisa Aslıhan Günerin rol alacağı yeni layihə bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, sənətçi “Sonradan Gurme” filmində çəkiləcək.

O, filmdə polis “Rüya” obrazına həyat verəcək. Rejissorluğunu Hamdi Alkanın edəcəyi filmin ssenaristi isə Şeyda Delibaşı olacaq. Layihədə oynayacaq baş rol kişi obrazı isə hələlik müəyyən olunmayıb.

Qeyd edək ki, Aslıhan Güner karyerası ərzində “Sırlar Dünyası”, “Büyük Buluşma”, “Selena”, “Asi”, “Şefkat Tepe”, “Bir Zamanlar Osmanlı”, “Kızıl Elma”, “Kehribar”, “Diriliş Ertuğrul”, “Kuzey Yıldızı: İlk Aşk” və “Yalan” kimi iddialı seriallarda rol alıb.

Aslan
“Cebheinfo.az”