15-ci paket gəlir
“Avropa İttifaqı Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi hazırlayır. 15-ci məhdudiyyətlər paketi xüsusilə təcavüzkar ölkənin sənayesini idxaldan təcrid etmək üçün tədbirləri gücləndirməlidir və sanksiyalardan yayınmanın qarşısını almağa yönəlib”.
“Cebheino.az” xəbər veirr ki, bunu Aİ diplomatiyasının rəhbəri Jozef Borrel Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə birgə mətbuat konfransında bildirib.
Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Borrelin Ukrayna paytaxtına səfəri zamanı verdiyi məlumata görə, artıq Rusiya Federasiyasına qarşı on beşinci sanksiyalar paketi hazırlanır.
O, həmçinin Rusiyanın hərbi sənaye kompleksi üçün silahların yaradılması və onun “müharibə maşını”nın yanacağı üçün Qərb komponentlərinin idxalının vacibliyini qeyd edib. Və bu kontekstdə, onun sözlərinə görə, Rusiya Federasiyası ona qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən yan keçməyi bacarır.
“Biz sanksiyalardan yayınmanın qarşısını almaq üçün tədbirləri gücləndirməliyik. Çünki Rusiya xarici ehtiyat hissələri, çiplər, komponentlər olmadan heç nə istehsal edə bilməz. Biz Rusiyanın sənaye imkanlarını təcrid etmək üçün sanksiyalardan istifadə etməliyik. Belə ki, onların lazımi komponentləri xarici ölkələrdən idxal etmək imkanları olmasın”, - Borrel bildirib.
Ukraynanın xarici işlər naziri Sibiqa öz növbəsində, Borellə Rusiya Federasiyasına qarşı Aİ-nin 14 sanksiya paketini təqdim etmək üçün göstərdiyi şəxsi səylərə görə təşəkkür edib.
Ukraynalı nazir deyib:
“Tərəfdaşlar “on beşinci sanksiyalar paketi üzərində birgə işləməli və Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən ölkələrə qarşı sanksiyaları gücləndirməlidir”.
Xəzər
“Cebheinfo.az”