3 min miqrant sərhədə yaxınlaşır

Əsasən Mərkəzi Amerika ölkələrindən olan 3 mindən çox miqrant karvanı Meksikanın cənub-şərqindəki Çiapas ştatının Tapaçula şəhərindən şimala, ABŞ ilə sərhədə doğru hərəkət edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Milenio” məlumat yayıb.
Qəzetin məlumatına görə, miqrantlar iyulun 23-də səhər tezdən Tapaçula şəhərindəki Bisentenario parkını tərk ediblər. Karvana qadın və uşaqlı bütün ailələr daxildir.
Bildirilir ki, karvan Milli Miqrasiya İnstitutunun, eləcə də Milli Qvardiyanın əməkdaşlarının olduğu Viva Mexico kəndinin keçid məntəqəsindən keçib. Hüquq-mühafizə orqanlarının əməkdaşları miqrantlara müdaxilə etməyib və onların yola davam etmələrinə icazə veriblər.
“Milenio” yazır ki, miqrantlar Meksikada statuslarını qanuniləşdirmək üçün prosedurdan keçməkdən imtina ediblər. Onların bir çoxu ölkənin şimal sərhədinə çatmağa çalışır, bundan sonra ABŞ-yə daxil olmağa cəhd etmək niyyətindədir.
Xəzər
“Cebheinfo.az